Şamaxıda oğul atasını bıçaqladı

Şamaxıda oğul atasını bıçaqladı Hadisə

Şamaxıda oğul atasını bıçaqlayıb.

News24.az xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 37 yaşlı Anar Ağayev ailə-məişət mübahisəsi zəminində atası, 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./Unikal/