Anar Məmmədliyə hökm oxundu - 13 il
Hadisə
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Anar Məmmədli 13 il, Anar Abdullayev 12 il müddətə azadlıqdan məhrum edilib.