AQTA İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı araşdırmalara - BAŞLADI

AQTA İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı araşdırmalara - BAŞLADI Hadisə
İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində qidadan zəhərlənmə ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.

AQTA-dan News24.az-a verilən məlumata görə, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək.