Arvadını öldürüb, - cəsədi baqajda gizlətdi

Arvadını öldürüb, - cəsədi baqajda gizlətdi Hadisə

Türkiyədə Əli Osman Buzlak həyat yoldaşı Hatice Ağcakale Buzlak ilə mübahisə edib. Mübahisə böyüyüb və Əli Osman Buzlak avtomobildə Hatice Ağcakele Buzlakı boğub.

News24.az xəbər verir ki, arvadının cansız bədənini maşının baqajına qoyan Buzlak maşındakı şüşəni sındıraraq boğazını və biləklərini k *sib. 

Hadisə yerindən uzaqlaşan Buzlak bir müddət sonra sükan arxasında hərəkətsiz vəziyyətdə tapılıb.

Hadisə yerinə polis və tibb qrupları göndərilib. Buzlak xəstəxanaya aparılıb. 

Xəstəxanada müalicəsi tamamlanan Əli Osman Buzlakı nəzarətə alan polis qrupları hadisə ilə bağlı araşdırma başladıb.

Günel Məlikzadə