Astarada iki avtomobil toqquşdu, xəsarət alan var
Hadisə
Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində baş verib.
Belə ki, iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində Astara rayonunun Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N. Əlizadə (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azyaşlı təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır./report.az