Astarada mikroavtobus aşdı - 10-a yaxın sərnişin xəsarət aldı
Hadisə
Astara rayonunda mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib.
Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.
İlkin məlumata əsasən, mikroavtobusda olan 20-yə yaxın sərnişindən təxminən 10-u müxtəlif dərəcəli xəsarətlər alaraq Astara və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına çatdırılıblar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.
Faktla bağlı araşdırma aparılır.