Astarada “Niva” aşdı, sürücü öldü - FOTO
Hadisə
Astarada yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Hamuşam kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Əlikram Ağayevin idarə etdiyi “VAZ-2121” (Niva) markalı minik avtomobili idarəetmədən çıxaraq, avtomobil yolun kənarına aşıb.
Qəzada sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, Əlikram Ağayev əvvəllər kənd məktəblərinin birində müəllim işləyib.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)