Ağsuda "Audi" yandı – VİDEO
Hadisə
Ağsu rayonunda “Audi” yanıb.
News24.az xəbər verir ki, yanğın hadisəsi Ağsu rayonu Dilman kənd ərazisində baş verib.
Yanğın yerinə Şamaxı rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı Rəhmanov Vaqif Əliyar oğluna məxsus “Audi Q7” markalı minik avtomobilinin yanar konstruksiyaları tamamilə yanıb. (Qafqazinfo)