Atabəy və Aysunun arasında dava olmayıbmış: Təfərrüatlar məlum oldu

Atabəy və Aysunun arasında dava olmayıbmış: Təfərrüatlar məlum oldu Hadisə

Bərdə rayon sakini Atabəy Şükürzadə və Aysu Ocaqovanın vəfatı ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Mərhum Aysu Ocaqovanın dayısı Vüsal Nağıyevin News24.az-a verdiyi məlumata görə, Atabəy və Aysun nişanlı olmayıb və onların ailələri arasında da hər hansı münaqişə də baş verməyib:

"Ailələr arasında heç bir mübahisə, dava olmayıb. Bu haqda yayılan məlumatlar yalandır. Hazırda Atabəy Şükürzadənin vəfatı ilə bağlı rəsmi hüquq-mühafizə orqanları tərəfindən geniş araşdırma davam etdirilir. Hadisənin dəqiq başvermə səbəbləri müvafiq qurumların araşdırmasından sonra bəlli olacaq. Bəzi sosial şəbəkələrdə Aysu ilə Atabəy Şükürzadənin nişanlı olması haqda yayılan məlumatlar da yanlışdır. Mərhumların nişanlı deyildi. Düzdür, planlaşdırılırdı, amma nişan olmamışdı. Ailələr arasında mübahisə olması ilə bağlı səsləndirilən fikirlər də şayiələrdir, heç biri doğru deyil".

Hazırda faktla bağlı hüquqi proses gedir və ölüm səbəblərinin dəqiqləşdirilir.