Autizmli uşağa şiddət: İki işçi qovuldu - Bağçadan açıqlama - VİDEO
Hadisə
Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Brain Academy” uşaq bağçasında 2 yaşlı autizm spektr pozuntusu olan uşağın mərkəzin əməkdaşı tərəfindən döyüldüyünü əks etdirən görüntülər yayılıb. Bildirilir ki, uşağın baş və üz nahiyəsinə zərbələr endirilib.
Hadisə ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradıb. Uşağın yaxınlarının bildirdiyinə görə, o, inkişafı və reabilitasiyası üçün mərkəzə aparılıb. Lakin ailənin iddiasına əsasən, burada fiziki zorakılığa məruz qalıb.
Məsələ ilə bağlı “Brain Academy”dən News24.az-a bildirilib ki, görüntülər yayıldıqdan sonra daxili araşdırma aparılıb və iki əməkdaş barəsində intizam tədbirləri görülüb. Onların vəzifələrindən azad edilməsi barədə qərar verilib.
Ətraflı videomaterialda
İlknur Şirinova