Avtobus velosipedlə yolu keçən uşağı vurub öldürdü

Avtobus velosipedlə yolu keçən uşağı vurub öldürdü Hadisə

Paytaxtın Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dünən saat 18:50 radələrində Lökbatan qəsəbəsində marşrut xətti üzrə hərəkət edən “İsuzu NP 37” markalı avtobus velosipedlə yolu keçən 2016-cı il təvəllüdü Quliyev Nicat Arif oğlunu vurub. Ağır xəsarət alan azyaşlı vəfat edib.

Avtobusun sürücüsü, 1993-cü il təvəllüdlü Asdan Hüseynov barəsində Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.