Avtomobil ağaclara çırpıldı: - Yaralılar var

Avtomobil ağaclara çırpıldı: - Yaralılar var Hadisə

Adanada yol-nəqliyyat hadisəsi baş verib.

Sürücüsünün şəxsiyyəti hələ müəyyən edilməyən avtomobil idarəetmədən çıxaraq mərkəzi Yüreğir rayonu Kışla Məhəlləsində Mithat Özsan Bulvarında orta zolaqda ağaclara çırpılıb.

News24.az xəbər verir ki, qəza nəticəsində avtomobildə olan 5 nəfər xəsarət alıb.

Yaralılar sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılıb.

Qəza səbəbindən bir müddət nəqliyyatın hərəkətinə bağlı olan yol işlərdən sonra açılıb.


Məryəm İlhamqızı