Avtomobil dərəyə uçdu: - Yaralılar var

Avtomobil dərəyə uçdu: - Yaralılar var Hadisə

Türkiyədə nömrəsi və sürücüsü məlum olmayan avtomobil, sürücünün sükan hakimiyyətini itirməsi nəticəsində yol kənarındakı dərəyə uçub.

News24.az xəbər verir ki, qəza nəticəsində avtomobildə olan 3 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerinə sövq edilən təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Yaralıların sağlamlıqlarının yaxşı olduğu öyrənilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə

Avtomobil dərəyə uçdu: - Yaralılar var