Avtomobil piyadanı vuraraq öldürdü

Avtomobil piyadanı vuraraq öldürdü Hadisə
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dekabrın 16-da saat 23 radələrində Xırdalan şəhəri ərazisində Kürdəmir rayon sakini O.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub. 
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.