Avtomobilin vurub öldürdüyü qadın keçmiş məmur imiş – Foto
Hadisə
Dekabrın 21-də Quba şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, Allahverdiyev Bəhram Tahir oğlu idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən piyada Zeynalova Humay Tofiq qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Əldə etdiyimiz məlumata görə, 62 yaşlı Humay Zeynalova iqtisadçı olub. O, müxtəlif illərdə bir sıra məsul vəzifələrdə çalışıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mərhumun fotosunu təqdim edirik:
Yaşar Araz