Avtomobilin vurub öldürdüyü qadınlar bacı imiş

Avtomobilin vurub öldürdüyü qadınlar bacı imiş Hadisə

Xəbər verdiyimiz kimi, Ağdaşda iki qadının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az "Unikal"-a istinadən xəbər verir ki, qəzada dünyasını dəyişən qadınlar bacıdırlar. Belə ki, Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Zabit Rəsulov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadalar- 49 yaşlı Sədaqət Ramazanova və 47 yaşlı Elnarə Sultanovanı vurub.

Xəsarət alan şəxslər hadisə yerində ölüblər. 

Faktla bağlı cinayət işi başlanılıb.