Avtomobillər lilə batdı, yol bağlandı - Fotolar

Avtomobillər lilə batdı, yol bağlandı - Fotolar Hadisə

Axşam saatlarında yağan güclü yağış Şəkidə fəsadlar yaradıb, turistlər yolda çətinliklərlə üzləşiblər.

News24.az xəbər verir ki, bu gün axşam saatlarında yağan güclü yağış səbəbindən dağlıq ərazilərdən lil və çınqıl kütləsi Kiş kəndindən yuxarıda yerləşən istirahət mərkəzlərinə gedən avtomobil yoluna tökülüb.

Nəticədə yolda hərəkət məhdudlaşıb. Bir neçə avtomobil lilə batıb, lakin sakinlərin köməyi ilə ərazidən çıxarılıb.

Hazırda ərazidə ağır texnikanın köməyi ilə yolun lil və çınqıldan təmizlənməsi istiqamətində işlər aparılır. (Qafqazinfo)

Avtomobillər lilə batdı, yol bağlandı - Fotolar Avtomobillər lilə batdı, yol bağlandı - Fotolar