Avtovağzalda “Bakubus”ın avtobusları bir-birinə - ÇIRPILDI

Avtovağzalda “Bakubus”ın avtobusları bir-birinə - ÇIRPILDI Hadisə
Bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtobus qəzası baş verib.

News24.az xəbər verir ki, avtovağzal ərazisində “Bakubus” MMC-yə məxsus olan 2 iritutumlu avtobus bir-birinə çırpılıb. Hadisə vaxtı 7A və 14 saylı marşrut avtobuslarının şüşələri qırılıb və onlar yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik dəqiqləşmiş məlumat yoxdur.