Axşam saatlarında ağır qəza - ÖLƏN VAR
Hadisə
Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub, ölən var.
News24.az xəbər verir ki,hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 35 yaşlı İqbal Yadigar oğlu Quliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobil yolu keçən piyada, rayonun Çöl Ərəb kənd sakini 7 yaşlı Hidayət Sahil oğlu Hüseynovu vurub. Ağır xəsarətlər alan zərərçəkən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.(apa)