Axtarışda olan 300-dən çox şəxs saxlanıldı
Hadisə
"Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub".
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 341, o cümlədən borclu şəxs qismində axtarışda olan 319 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
"Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb", - deyə məlumatda qeyd edilib.