Axtarışda olan 141 nəfər saxlanıldı
Hadisə
Fevralın 27-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.