Axtarışda olan 15 nəfər - TAPILDI

Axtarışda olan 15 nəfər - TAPILDI Hadisə

Dekabrın 31-də ölkə ərazisində qeydə alınan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

News24.az  xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 15, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Həmçinin, narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər də saxlanılıb.