Ayı şəhərə endi, sakinlərinə hücum etdi - Bu ölkədə
Hadisə
Yaponiyanın Fukusima şəhərində ayı insanlara hücum edib.
News24.az xəbər verir ki, ilk hücum yerli vaxtla səhər saat 06:30 radələrində metallurgiya zavodunun ərazisində baş verib.
Vəhşi heyvan əvvəlcə iki əməkdaşa, daha sonra yaşayış məhəlləsindəki evə girərək yaşlı qadına hücum edib. Ardınca ofis binasında bir kişini yaralayıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Məlumata görə, yaralananlar həkim nəzarəti altındadır.
Polis bildirib ki, ayı hələ də şəhər ərazisində ola bilər.
Hücumlarla bağlı məlumatlardan sonra yerli məktəblərdə dərslər ləğv edilib, sakinlərə isə ehtiyatlı olmaları və təkbaşına gəzməmələri tövsiyə olunub. / The Mainichi/