Azər Bağırova dövlətə xəyanətə görə - 16 il 6 ay həbs
Hadisə
Dövlətə casusluq formasında xəyanətdə ittiham olunan Azər Bağırovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, A.Bağırov verilmiş ittihamla təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azər Bağırov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xaricdə tutularaq ölkəmizə gətirilib.
Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, A.Bağırov xarici xüsusi xidmət orqanı nümayəndələrinin tapşırığı ilə digər ölkənin ərazisində casusluq fəaliyyəti ilə məşğul olub, hərbi və strateji obyektlərinin yerləşdiyi ərazilərin foto-video çəkilişlərini, məkan məlumatlarını toplayaraq ötürüb və sair əməllər törədib.
Həmçinin bu, Azər Bağırovun ilk cinayəti deyil. O, daha əvvəl qəsdən adam öldürməyə cəhdə görə cəza çəkib.