Azərbaycan elminə AĞIR İTKİ ÜZ VERDİ - Məşhur şəxs VƏFAT ETDİ/FOTO

Azərbaycan elminə AĞIR İTKİ ÜZ VERDİ - Məşhur şəxs VƏFAT ETDİ/FOTO Hadisə

Azərbaycanın tanınmış etnoloqu, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib.

News24.az Referans.az-a istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla "Facebook" səhifəsində yazıb:

"Dəyərli dostumuz, müsavat irsinin görkəmli tədqiqatçısı və alimi Aydın Balayev haqq dünyasına qovuşdu".

Qeyd edək ki, A.Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.

O, bir sıra tarixi əsərlərin, elmi araşdırmaların müəllifi olub.

Allah rəhmət eləsin!


Azərbaycan elminə AĞIR İTKİ ÜZ VERDİ - Məşhur şəxs VƏFAT ETDİ/FOTO