Azərbaycan vətəndaşlarının Sabiha Gökçen aeroportundan - TƏXLİYƏ SAATI AÇIQLANDI
Hadisə
Azərbaycan və Türkiyə arasında sərhədlərin müvəqqəti bağlanması ilə əlaqədar gecə saatlarında hər iki ölkənin vətəndaşlarının təxliyə işləri davam etdiriləcək.
Türkiyənin Azərbaycandakı səfirliyindən News24.az-a verilən məlumata görə İstanbuldan Bakıya ancaq Azərbaycan vətəndaşları "Türk Hava Yolları" ilə Sabiha Gökçen aeroportundan (Azərbaycan vətəndaşları) saat 00:10-da, Bakıdan İstanbula isə (Türkiyə vətəndaşları) saat 07:45-də yola düşüəcəklər.
Qeyd edilib ki, martın 31-dək “Türk Hava Yolları” ilə Türkiyədən Bakıya gəlmək üçün bilet alan Azərbaycan vətəndaşları və Azərbaycandan İstanbula getmək istəyən Türkiyə vətəndaşları üçün imkan daxilində uçuş şəraiti yaradılacaq.