Azərbaycanda 38 yaşlı kişi restoranda öldü

Azərbaycanda 38 yaşlı kişi restoranda öldü Hadisə

Bərdə rayonunda restoranda ölüm hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, dekabrın 21-i saat 10 radələrində rayonun Yenidaşkənd kənd sakini 1987-ci il təvəllüdlü Coşqun Şakir oğlu Babayevin meyiti kəndin ərazisində yerləşən “Soyuqbulaq” restoranının mühafizə otağında tapılıb.

Onun həmin restoranda işlədiyi bildirilib.

Meyit üzərində zorakılıq əlaməti tapılmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yaşar Araz