Azərbaycanda 6 yaşlı uşağı maşın - VURDU
Hadisə
Sabirabadda avtomobil 6 yaşlı uşağı vurub.
News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad şəhərində qeydə alınıb.
“Toyota Prado” markalı avtomobl yolda qaçan 2017-ci il təvəllüdlü Şirvan sakini, Rəhimli Miray Vaqif qızını vurub. Ağır xəsarətlər alan uşaq əvvəlcə Sabirabad xəstəxanasına və daha sonra Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.