Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Hadisə
Şirvanda toyda insident yaşanıb.
News24.az-ın məlumatına görə, hadisə “Aytac” şadlıq sarayında baş verib.
Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətdə olan polis əməkdaşları küçədən keçərkən mahnının səsini eşidiblər. Hüquq-mühafizə orqanı əməkdaşları şadlıq evinə daxil olaraq, kriminal məzmunlu mahnının səsləndirilməsinə irad bildiriblər. Lakin 1 dəqiqə keçməmiş həmin musiqi yenidən səsləndirilib.
Həmçinin bəyin 48 yaşlı atası polisin qanuni tələbinə tabe olmayıb. Nəticədə o saxlanılaraq, polis şöbəsinə aparılıb. Burada onun barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.
Məhkəmənin qərarı ilə bəyin atası 15 gün müddətinə inzibati qaydada həbs olunub. (Lent.az)