Azərbaycanda ata qızını öldürüb həyətdə basdırdı

Azərbaycanda ata qızını öldürüb həyətdə basdırdı Hadisə

Ağdamda ata 4 il əvvəl qızını öldürərək, öz evinin həyətyanı sahəsində basdırıb.

News24.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızını qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti aşkara çıxarılıb.

Faktla bağlı araşdırmalar aparılır.


Azərbaycanda ata qızını öldürüb həyətdə basdırdı