Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
Hadisə
Bu ilin 10 ayında narkotiklə bağlı məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından ümumilikdə 690 kq 686,733 qr və 2778 ədəd həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə və 3 ədəd (880 qr) çətənə bitkisi götürülüb.
News24.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.
Qeyd olunub ki, hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 182 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 685 kq 403,605 qr və 41 679 ədəd həb metadon narkotik vasitə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 189-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 756 kq 925,418 qr və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qr güclü təsir edən maddə və 1,018 qr prekursor müsadirə edilib.