Azərbaycanda DƏHŞƏT: gənc oğlan borca görə özünü öldürdü

Azərbaycanda DƏHŞƏT: gənc oğlan borca görə özünü öldürdü Hadisə


Xaçmazda intihar hadisəsi olub.

Hadisə rayonun Rəhimoba kəndində qeydə alınıb.

28 yaşlı R.Balakişiyev bağ sahəsində talvardan özünü asaraq, həyatına son qoyub. Onun meyitini ailə üzvləri aşkar ediblər.

Məlum olub ki, R.Balakişiyevin müxtəlif şəxslərə külli miqdarda borcu olub. Onun məhz bu borclara görə özünü öldürdüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək. (lent.az)