TƏCİLİ!!! Ərəb biznesmen Azərbaycanda - CİNAYƏT TÖRƏTDİ

TƏCİLİ!!! Ərəb biznesmen Azərbaycanda - CİNAYƏT TÖRƏTDİ Hadisə

Azərbaycanda tanınmış ərəb iş adamı adam bıçaqlayıb. 

News24.az-ın məlumatına görə, Al-Ubeydi Ədhəm Məhəmməd Bakı şəhər sakini Sadiq Rəhimovu bıçaqlayıb. 

Azərbaycanda fəaliyyət göstərən “Narginer RR” MMC-nin qanuni təmsilçisi olan Al-Ubeydi Ədhəm Məhəmməd hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağıq zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.  

Cinayət işinin ibtidai istintaqı başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib. 

Samir Əli