SON DƏQİQƏ!!! Azərbaycanda əsgər vəfat etdi

SON DƏQİQƏ!!! Azərbaycanda əsgər vəfat etdi Hadisə

Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib.

News24.az xəbər verir ki, bu barədə DSX-dən bildirilib.

Məlumata görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq noyabrın 16-da xəstəlikdən vəfat edib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.