Azərbaycanda ilk dərs günü 11-ci sinif şagirdi bıçaqlandı

Azərbaycanda ilk dərs günü 11-ci sinif şagirdi bıçaqlandı Hadisə

Goranboyda məktəbli bıçaqlanıb.

News24.az "Unikal"a istinadla bildirir ki, hadisə Səfikürd kənd tam orta məktəbində baş verib. Belə ki, məktəbin 11-ci sinif şagirdi Musayev Ramal Röyal oğlu məktəbin digər şagirdi Həsənəliyev Arif Elsevər oğluna bıçaqla xəsarət yetirib.Yaralı xəstəxanaya yerləşdirilib. vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.