Azərbaycanda maşının vurduğu inək salona düşdü, - YARALI VAR

Azərbaycanda maşının vurduğu inək salona düşdü, - YARALI VAR Hadisə

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən verdiyi xəbərə görə, hadisə  Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Cəbrayıl rayon sakini idarə etdiyi "Opel" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən qarşısına çıxan  inəyi vurub.

Zərbənin təsirindən inək maşının salonuna düşüb. Bu zaman maşında sərnişin qismində olan Cəbrayıl rayon sakini, 1998-ci il təvəllüdlü Behbudov Mahmud Qürbət oğlu baş nahiyəsindən xəsarət alıb. Burunu, çənəsi sınan M.Behudova Biləsuvar RMX-da tibbi yardım göstərilərək Bakı xəstəxanalarından birinə yola salınıb.

Qeyd edək ki, xəsarət alan sərnişin və sürücünün qardaşıdır.