Azərbaycanda polis rəisinin müavini vəfat etdi

Azərbaycanda polis rəisinin müavini vəfat etdi Hadisə

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov vəfat edib.

News24.az xəbər verir ki, o, təxminən bir ay əvvəl xidməti vəzifəsini icra edərkən elektrik cərəyanı vurması nəticəsində ağır xəsarətlər alıb.

Xəstəxanaya çatdırılan polis mayoru bu gün dünyasını dəyişib.(teleqraf)