Azərbaycanda polkovnik vəfat etdi
Hadisə
Birinci Qarabağ müharibəsi müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Balacanov Şahrəddin Məmməd oğlu dünyasını dəyişib.
News24.az xəbər verir ki, o, 1992-ci ildən etibarən Azərbaycan Ordusunda xidmət edib. Gəncə şəhər Hərbi Hospitalın rəisi vəzifəsində çalışıb.
Birinci Qarabağ müharibəsi veteranı olan Ş.Balacanov Vətən müharibəsi başlamazdan əvvəl səhhəti ilə əlaqədar ehtiyata buraxılıb.//unikal.az