Azərbaycanlı çoban Ermənistan ərazisinə keçdi
Hadisə
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib.
News24.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”ın Berd şəhərindəki mənbələri təsdiqləyib.
Yerli sakinin verdiyi məlumata görə, çoban Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçib.
İlkin məlumata əsasən, o, hərbi polis tərəfindən aşkar edilib və hazırda Berd şəhərinin hərbi polisində saxlanılır.
Ermənistan Müdafiə Nazirliyi yerli mediaya məsələni şərh etməyib, Milli Təhlükəsizlik Xidməti isə bu barədə məlumata malik olmadıqlarını bildirib.
Tavuş rayonunun icma rəhbərlərindən biri isə məsələ barədə eşitdiyini, lakin dəqiq məlumata sahib olmadığını söyləyib.