Azərbaycanlı gənc Polşada göldə boğuldu

Azərbaycanlı gənc Polşada göldə boğuldu Hadisə

Gürcüstanın Bolnisi bələdiyyəsinin Ayorta kənd sakini, 28 yaşlı Fərman Xəlilov Polşada faciəli şəkildə həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb. Belə ki, gənc göldə çimərkən boğularaq ölüb.

Bildirilib ki, F.Xəlilov işləmək məqsədilə bir müddət əvvəl Polşaya yollanmışdı.

Qeyd edək ki, bundan öncə Gürcüstandan olan daha bir azərbaycanlı gənc Polşada göldə boğularaq ölmüşdü.