Azərbaycanlı gənc Türkiyədə dənizdə boğuldu

Azərbaycanlı gənc Türkiyədə dənizdə boğuldu Hadisə
Türkiyənin Alanya şəhərində azərbaycanlı turist Ramil Zeynalov dənizdə batıb.

24 yaşlı R.Zeynalov dostları ilə dənizdə çimərkən boğulub. O, xilasedicilər tərəfindən sahilə çıxarılıb.

Xəstəxanaya aparılan R.Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.

Onun cənazəsi yarılmaq üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.