Azərbaycanlı iş adamı Türkiyədə vəfat etdi
Hadisə
Rusiyada yaşayan iş adamı vəfat edib.
News24.az xəbər verir ki, əslən Gəncə şəhərindən olan biznesmen, 1960-cı il təvəllüdlü Saləddin Məmmədov uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində bizneslə məşğul olub.
Onun adıçəkilən şəhərdə onlarla ticarət obyektinin olduğu bildirilir. Saləddin Məmmədov bir neçə il əvvəl ağır xəstəliyə yoluxub.
Müalicələrə baxmayaraq, iş adamı noyabrın 14-də Türkiyədəki klinikalardan birində dünyasını dəyişib.
İş adamı dünən Gəncə şəhərində dəfn olunub. /Oxu.az