Azərbaycanlı jurnalist Almaniyada qəfil öldü - Foto
Hadisə
Almaniyada yaşayan azərbaycanlı jurnalist qəfil vəfat edib.
News24.az xəbər verir ki, Qubadlı rayonunun Məmər kəndindən olan jurnalist Əli Səlimov dünən Almaniyada parkda istirahət edərkən ürək tutmasından ölüb.
Məlumata görə, əvvəllər Əli Səlimov Qubadlının “Bərgüşad” qəzetində,“Azərbaycan işıqları”, “Azərbaycan” və “Zaman” qəzetlərində jurnalist kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl Almaniyaya köçüb.