Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı Hadisə

Ukraynanın Odessa şəhərinə dron hücumu zamanı 18 yaşlı azərbaycanlı tələbə xəsarət alıb.

News24.az xəbər verir ki, tələbəmizin qaldığı mənzil “Şahed” tipli dronla vurulub.

Məlumata görə, hücum zamanı bir Türkiyə vətəndaşı da yaralanıb.

Məsələ Ukraynadakı Səfirliyimizin nəzarətindədir. (Qafqazinfo)