Azərbaycanlı yeniyetmə Türkiyədə ögey atasını öldürdü
Hadisə
Türkiyənin Kayseri şəhərinin Melikqazi rayonunda 16 yaşlı yeniyetmənin bıçaqla yaraladığı 47 yaşlı ögey atası həyatını itirib.
News24.az xəbər verir ki, hadisə sentyabrın 2-də axşam saatlarında Hunat məhəlləsində baş verib.
Azərbaycan əsilli 16 yaşlı V.E. ilə ögey atası M.T. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib.
Dava zamanı V.E. yanında olan bıçaqla ögey atasını yaralayıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları göndərilib.
Yaralı xəstəxanaya çatdırılıb, 16 yaşlı şübhəli isə saxlanılıb.
Ağır yaralanan 47 yaşlı kişi həkimlərin bütün müdaxilələrinə baxmayaraq, iki gün sonra dünyasını dəyişib.
Şübhəli V.E. isə polis bölməsindəki prosedurlardan sonra məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib.