Azərbaycanda inzibati bina yandı - SƏNƏDLƏR KÜLƏ DÖNDÜ

Azərbaycanda inzibati bina yandı - SƏNƏDLƏR KÜLƏ DÖNDÜ Hadisə
Ağstafa rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyidən News24.az-a verilən məlumata görə, Köçəsgər kəndində sahəsi 400 m² olan ikimərtəbəli inzibati binanın çardağı 15 m² sahədə, ikinci mərtəbəsinin döşəməsi və birinci mərtəbəsinin tavanı 20 m² sahədə və içərisində olan sənədlər yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.