Azərbaycanın bu rayonuna sel gəldi: Kəndə giriş-çıxış BAĞLANDI

Azərbaycanın bu rayonuna sel gəldi: Kəndə giriş-çıxış BAĞLANDI Hadisə

Zaqatalada Talaçaydan sel keçir.

News24.az bildirir ki, yağan yağışlar nəticəsində çayda suyun səviyyəsi xeyli artıb. Sel nəticəsində Yuxarı Talanın Qırğıllı adlanan ərazisində 50 metrə yaxın sahil mühafizə bəndi dağılıb.

Məlumata görə, Yolayrıc kəndində vəziyyət kritik həddə çatır. Kəndə giriş və çıxış məhdudlaşıb, nəqliyyatın hərəkəti dayanıb. Sakinlərin sözlərinə görə, bu gün kənddəki mağazalara çörək, digər ərzaqların gətirilməsi mümkün olmayıb.

Kənd sakinləri hazırda çıxılmaz vəziyyətlə üz-üzə qaldıqlarını bildirərək aidiyyəti qurumlardan təcili tədbirlər görülməsini xahiş edirlər.