"Azərsilah”ın poliqonunda yanğın oldu
Hadisə
Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi olub.
News24.az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.