AzTV-nin əməkdaşı dənizdə batdı – FOTO/YENİLƏNİB

AzTV-nin əməkdaşı dənizdə batdı – FOTO/YENİLƏNİB Hadisə

AzTV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədli Məqsəd Əlisahib oğlu dənizdə boğularaq ölüb.

News24.az xəbər verir ki, bu barədə AzTV-nin “Facebook” hesabında məlumat verilib.

Onun İnformasiya Proqramları studiyasının prodüseri olduğu bildirilir.

***21:00

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə batıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, onun meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə aşkarlanıb.

News24.az-ın əldə etdiyi məlumata görə, dənizdə batan 36 yaşlı Məqsəd Məmmədli Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı olub.

Hadisənin təfərrüatı araşdırılır.

AzTV-nin əməkdaşı dənizdə batdı – FOTO/YENİLƏNİB