Azyaşlılar 30 saniyəyə 2 “iPhone 16”-nı oğurladı - ANBAAN VİDEO

Azyaşlılar 30 saniyəyə 2 “iPhone 16”-nı oğurladı - ANBAAN VİDEO Hadisə

Türkiyədə telefon mağazasına daxil olan 3 uşaq yeni çıxan “iPhone 16” telefonlarından ikisini saniyələr ərzində oğurlayaraq qaçıblar.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Bursada yaşanıb. 

Oğurlanan telefonlardan hər birinin qiyməti təxminən 8 min manat olub. 

Oğurluq hadisəsi cəmi 30 saniyə çəkib. 

Hazırda polis azyaşları axtarır. 

Teymur Məmmədov